Maliyyə Nazirliyi xarici dövlət borcunun miqdarını açıqladı
08 avqust 2011 11:35 (UTC +04:00)

Maliyyə Nazirliyi xarici dövlət borcunun miqdarını açıqladı

Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, 2011-ci il iyul ayının 1-ə olan dövlət borcumuzun miqdarı 4 milyard 512 milyon 600 min ABŞ dollarıdır.

Dövlət xarici borcunun Ümumi Daxili Məhsula faiz nisbəti 8.1 %-dir.

Xatırladaq ki, Azərbaycan bu ay Asiya İnkişaf Bankından 950 milyon, Dünya Bankından isə 125 milyon dollar miqdarında yeni kreditlər alıb.

Qeyd edək ki, adambaşına düşən xarici dövlət borcunun miqdarı təxminən 500 dollara bərabərdir.
# 531

Oxşar yazılar