Hind milyarderlər Telman İsmayılovun otelində evlənirlər... - FOTO
01 avqust 2011 19:33 (UTC +04:00)

Hind milyarderlər Telman İsmayılovun otelində evlənirlər... - FOTO

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, azərbaycanlı biznesmen Telman İsmayılova məxsus oteldə hindistanlı milyarderlərin təşkil edəcəyi növbəti toyun qiyməti isə 2,5 milyon avrodur. Adları açıqlanmayan hind milyarderlərinin övladlarının toyunda 600 nəfərin iştirakı gözlənilir. Qonaqlar toydan 6 gün əvvəl 3 xüsusi təyyarə ilə Dehli və Qao şəhərlərindən Antalyaya gələcəklər, oteldə yerləşdiriləcəklər.

Oteldən verilən məlumata görə, bu ilin yanvarından bəri 8 toy mərasimi təşkil edilib və bu rəqəm ilin sonunadək 20-yə çatacaq. Həmçinin bildirilib ki, “Mardan Palace”da keçirilən ən ucuz toy mərasimində bir nəfərlik yerin qiyməti 250 avrodan başlayır.
Qeyd edək ki, T.İsmayılov Türkiyənin Antalya istirahət bölgəsində tikdirdiyi bu, möhtəşəm kompleks üçün 1,5 milyard dollar xərcləyib.
# 1257

Oxşar yazılar