Qəbələ Lift Zavodunun məhsulları xaricə ixrac edilir
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün zavodun liftləri ilk dəfə olaraq Ukraynaya göndərilib.
Məhsulların yola salınması münasibətilə keçirilən tədbirdə Sənaye və Energetika Nazirliyinin şöbə müdiri Ramiz Rzayev, İqtisadi İnkişaf Nazirliyinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Rüfət Məmmədov, Qəbələ rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arif Allahverdiyev, zavodun direktoru Fikrət Məmmədov çıxış edib.
Qeyd olunub ki, Ukraynanın Suma şəhərindəki özəl tikinti şirkətinin sifarişi ilə hazırlanan və ümumi dəyəri 52 min manat olan iki liftin bu ölkəyə yola salınması ilə Azərbaycanın yeni bir sənaye məhsulu Ukrayna bazarında sertifikatlaşır. Odessa şəhərindən sifariş olunan 4 lift isə hazırlanmaqdadır və müəssisə 100 ədəd lift istehsalı ilə bağlı Ukrayna şirkətləri ilə danışıqlar aparır.
Sonra qonaqlar zavoddakı istehsal prosesi ilə yaxından tanış olublar. Məlumat verilib ki, 0,40 hektar ərazisi olan müəssisə ildə 500 ədəd lift istehsal etmək imkanına malikdir. Zavodda Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Lift istehsalı üçün komplektləşdirici xammal Türkiyə, İtaliya və Belarusdan gətirilir. Burada sərnişin, xəstəxana və yük liftləri istehsal edilir. Son 3 ildə sifarişə uyğun olaraq 564 ədəd lift istehsal edən zavodda bu il 300 ədəd liftin istehsalı gözlənilir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28