Prezident İlham Əliyev “bp-Azərbaycan” şirkətinin rəhbərini qəbul edib
Lent.az Azərtaca istinadən xəbər verir ki, bp ilə Azərbaycan arasında uzun illər davam edən uğurlu əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın qarşılıqlı etimad prinsipinə əsaslandığını vurğulayıb. Dövlət başçısı ötən dövr ərzində bp ilə birgə həyata keçirilən layihələrin dünya miqyasında tanındığını bildirərək, bu əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini söyləyib.
Rəşid Cavanşiri yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə onun ölkəmizin ən yüksək dövlət mükafatlarından olan “Şöhrət” ordeninə layiq görüldüyünü bildirib və ordeni yubilyara təqdim edib.
bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin böyük əhəmiyyətindən danışan Rəşid Cavanşir bp-Azərbaycan əməkdaşlığının strateji xarakter daşıdığını vurğulayıb və təmsil etdiyi şirkətin ölkəmizdəki fəaliyyətinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək dəyərləndirib. O, Azərbaycan Respublikasının yüksək mükafatı ilə təltif olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28