Prezident İlham Əliyev Kristin Laqardı təbrik edib
Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu mənada Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proqramlarına Beynəlxalq Valyuta Fondunun töhfəsini məmnunluqla qeyd etmək istərdim.
Bu gün Beynəlxalq Valyuta Fondunun qarşısında qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi üsullarının təkmilləşdirilməsinə yönəlmiş islahatların həyata keçirilməsi, maliyyə-bank sektorunun sabitliyinin təmin edilməsi, kəskin borc problemlərinin yeni qlobal maliyyə böhranına çevrilməsi təhlükəsinin qarşısının alınması kimi mühüm vəzifələr durur. Ümidvaram ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu bu məsul vəzifələrin öhdəsindən gələrək, beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə əlavə təkan verəcək.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, səadət, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram”.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28