Azərbaycan və Türkiyənin tanınmış iş adamları görüşəcək
30 iyun 2011 17:14 (UTC +04:00)

Azərbaycan və Türkiyənin tanınmış iş adamları görüşəcək

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a bildirib ki, səfər çərçivəsində tanınmış türkiyəli iş adamları ilə müxtəlif görüşlər keçiriləcək və müzakirələr aparılacaq. Səfər çərçivəsində türkiyəli iş adamları ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının, Azərbaycan turizm sənayesi sahəsində çalışan qurumların rəhbərlərinin görüşü təşkil olunacaq. Görüşdə Türkiyə Turizm Yatırımçılar Dərnəyinin (TYD) sədri Turqut Gür, Dərnəyin İdarə heyətinin üzvü Ayhan Bektaş, Dərnəyin İdarə heyətinin üzvü Can Pulak, Dərnəyin İdarə heyətinin üzvü Recai Çakır, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) Sədri Başaran Ulusoy, birliyin direktoru Ela Atakan, Türkiyə Turistik Otelçilər və İşletimçilər Birliyinin sədri (TUROB) Timur Bayındır, Türkiyə-Azərbaycan iş şurasının ( DEİK) Sədri Cengiz Gülün iştirakı nəzərdə tutulur.


Türkiyəli iş adamlarının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü də planlaşdırılır.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar