Neftin qiyməti kəskin ucuzlaşıb
24 iyun 2011 11:07 (UTC +04:00)

Neftin qiyməti kəskin ucuzlaşıb

Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Beynəlxalq Enerji Agentliyinin bazara əlavə olaraq 60 milyon barel “qara qızıl” çıxartmaq barədə qərarından sonra düşüb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 4,39 dollar düşərək 91,02 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 6,95 dollar düşərək 107,26 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar