“Sumqayıt və aeroporta metro çəkilməyəcək”
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Bakı Metropoliteni rəisinin müavini, Tikilən Metropoliten müdiriyyətinin rəhbəri Arif Rəsulov bildirib. Onun sözlərinə görə, 2013-cü ilin sonunda Bakı Metropoliteninin stansiyaları iki xəttə ayrılacaq: «Metronun iki müstəqil xətti olacaq - «Həzi Aslanov»-«İçərişəhər» və «Dərnəgül»-«Xətai». 1-ci xətt «28 May» stansiyasından, 2-ci isə «Cəfər Cabbarlı»dan keçməklə işləyəcək».
A.Rəsulov qeyd edib ki, 2-ci xəttin tam sərbəst işləməsi üçün elektrik deposu tikilməli və həmin müddətdə də xətlər tam ayrılmalıdır: “Bütün bu işlər 2013-cü ilin sonunadək başa çatacaq. 2030-cu ilədək Bakı metrosunda 5 müstəqil xətt olacaq. Həmin vaxt Bakı Metropoliteni stansiyalarının sayının 76-ya, yolların uzunluğunun isə 119 km-ə çatdırılması nəzərdə tutulub. Bu işlər çərçivəsində qarşıdakı 20 ildə metronun inkişafı strategiyasına əsasən 53 yeni stansiya tikilməli, 83,4 km yeni metro xətti çəkilməlidir.
Hazırda «Avtovağzal» xəttinin çəkilməsi üçün «Avtovağzal»dan «Memar Əcəmi»yədək iki paralel tunelin qazılmasına başlanıb. Metronun «Avtovağzal» stansiyasının 2014-cü ilin sonuna hazır olması gözlənilir. Eyni zamanda Həzi Aslanov, Təzə Günəşli və Köhnə Günəşli sahələrində də işlər aparılır.
Metropolitenin rəis müavini bildirib ki, Sumqayıt və Binə Hava Limanına metro xətti çəkilməyəcək. Səbəb bu xətlərin özünü heç cür doğrultmamasıdır: «Araşdırmalar göstərir ki, Sumqayıtda gündə 80 min sərnişin ola bilər. Halbuki bu qədər sərnişin hazırda təkcə «Elmlər Akademiyası» stansiyasında olur. Bu istiqamətlərə xətlərin çəkilməsi üçün Sumqayıta 30, aeroporta 25 km tunel çəkilməlidir. Biz isə cəmi 83 km tunel tikməklə bütün Bakının problemini həll edirik».
Metro tikintisinin maya dəyərini aşağı salmaq üçün yeni tikiləcək xətlərdə yerüstü sahələr də olacaq. Bu, Yeni Günəşli, Avtovağzal və s. istiqamətlərdə nəzərdə tutulur.

1251