BTC ilə nəql olunan neftin həcmi 160 milyon tona çatır
07 iyun 2011 11:01 (UTC +04:00)

BTC ilə nəql olunan neftin həcmi 160 milyon tona çatır

Bu ilin may ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə 2 milyon 826 min 607 ton Azərbaycan nefti nəql olunub.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında bu kəmərlə 14 milyon 213 min 273 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il iyun ayının 1-ə qədər BTC-yə 157 milyon 769 min 215 ton neft vurulub. Bundan başqa, cari ilin may ayında BTC kəməri ilə 204 min 748 ton Türkmənistan nefti nəql olunub.
# 354

Oxşar yazılar