Aprelin 1-dən buğda və un idxalına ƏDV bərpa edilir
Bu ilin aprel ayının 1-dən Azərbaycana idxal olunan ərzaq buğdası və una əlavə dəyər vergisi (ƏDV) tətbiq ediləcək.
“APA-ECONOMICS”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
İ.Abasovun sözlərinə görə, Azərbaycana idxal olunan ərzaq buğdası və unun ƏDV-dən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2008-ci ilin aprelin 1-dən qüvvəyə minən qərarının müddəti artıq başa çatır. “Fikrimizcə, bu, ölkədə taxıl istehsalçılarının marağını artıracaq və yerli istehsalçılar məhsullarını sata biləcək”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, ötən il Azərbaycanda 904,7 min hektar sahədən ilkin çəkidə rekord səviyyədə - 2 498,3 min ton taxıl (qarğıdalı daxil olmaqla) məhsulu toplanılıb. Hektarın orta məhsuldarlığı 2007-ci ilə nisbətən 0,5 sentner artaraq 27,6 sentnerə yüksəlib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2008-ci ildə istehsal olunmuş taxılın 67,1%-ni və ya 1 677,5 min tonunu buğda təşkil edib. Ümumiyyətlə, 2008-ci ildə dənli və dənli paxlalıların əkin sahəsinin 2007-ci ilə nisbətən 22,3% və ya 165,2 min hektar artması ümumi istehsala müsbət təsir edib.
Xatırladaq ki, 2007-ci ildə ölkədə taxıl istehsalı 2,3 mln. ton təşkil edib.

Oxşar yazılar

Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44