Azərbaycan üçün unikal və yeni layihə
Tullantı suları təmizlənərək yaşıllıqların suvarılmasına yönəldiləcək
Yenidən qurulan Heydər Əliyev prospektində, Ələt-Astara avtomobil yolu boyu ərazilərdəki yaşıllaşdırma layihələrinə əlavə olaraq 7-8 iri layihələr həyata keçirilir.
Lent.az-ın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov YAP qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin layihələrdən 1-i nazirliyin daxili imkanları hesabına həyata keçirilir: “Binədəki ticarət mərkəzlərinin yeri 1,5 metr qalınlığında tullantılardan ibarət idi. Biz oradan təxminən 1 milyon kubmetrədək tullantı yığışdırmışıq. Əvəzində ora daxili imkanlar hesabına 1 milyon kubmetrə qədər münbit torpaqlar və gübrələr daşınıb. Hazırda həmin ərazidə çoxlu sayda ağaclar, o cümlədən zeytun ağacları əkilib. Suvarma sistemi qurulduğu üçün ora yaxşı qulluq göstərilir”.
Nazir Bayıl yamacında aparılan yaşıllaşdırma işlərindən də danışıb. O, qeyd edib ki, həmin ərazidə 60 hektarda yaşıllıq damcılı suvarma ilə suvarılacaq. Onun sözlərinə görə, hazırda həmin ərazidə geoloqların nəzarəti altında suvarma sistemi qurulur. Ərazidə həm də üzüm ağacları əkilib: “Bizim məqsədimiz məhsul əldə etmək yox, yaşıllıq zonası yaratmaqdır”.
Hüseynqulu Bağırov deyib ki, artıq Bakı-Qazax və Ələt-Atbulaq avtomobil yolu ətrafında da aparılan yaşıllaşma işləri başa çatmaq üzrədir. Onun sözlərinə görə, Ələtdə kanalizasiya sistemi olmadığından yaşıllıqların suvarılmasında müəyyən problemlər var: “Amma iri binalar var ki, orada sular qeyri-mütəşəkkil şəkildə dənizə axır. Orada kanalizasiya şəbəkəsi qurulmasa kiçik binalardan axıdılan suyu bir yerə toplamaq çətindir. Lakin iri binalarda bunu etmək olar. Ona görə də biz özümüz modul tipli qurğular vasitəsilə binalardan dənizə axıdılan suyun qarşısını alacağıq. Həmin su təmizlənərək geriyə yönəldiləcək və Ələt-Atbulaq yolundakı yaşıllıqların suvarılmasında istifadə edəcəyik”.
Nazir bunu Azərbaycan üçün çox unikal və yeni layihə kimi dəyərləndirib. Onun sözlərinə görə, bu tip layihələr Avropa ölkələri üçün ənənəvi olsa da, Azərbaycanda ilk dəfədir tətbiq olunur.
Elxan SALAHOV

Oxşar yazılar

“Səyyar qəbul otağı” bu dəfə Oğuz rayonunda quruldu - FOTO
7 iyul 2022 , 17:18
Azərbaycanda ət ucuzlaşır? - Ekspert AÇIQLADI
7 iyul 2022 , 16:47“Nar” əyləncə dolu yay kampaniyasına start verir®
7 iyul 2022 , 14:51
“Azercell”in sosial layihə müsabiqəsinin final turu baş tutdu®
7 iyul 2022 , 14:27
“Azəriqaz"da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
7 iyul 2022 , 14:00"Açıq Mikrofon" aksiyasında Qax sakinlərinin problemləri dinlənildi - FOTO
6 iyul 2022 , 19:48
“Aura” nın dəstəyi ilə “Her Improvement” proqramının dördüncü mərhələsi başa çatdı®
6 iyul 2022 , 17:42