iPhone 17  istifadəçiləri yeni nasazlıqdan şikayətlənirlər
15 oktyabr 2025 09:39 (UTC +04:00)

iPhone 17 istifadəçiləri yeni nasazlıqdan şikayətlənirlər

0

Bəzi iPhone 17 Pro Max modellərində səs problemi müşahidə olunur. Bu nasazlıq xışıltı, səsin təhrif olunması və ümumi səs səviyyəsinin azalması şəklində özünü göstərir hətta səs sıfır səviyyəsində olsa belə.

Lent.az bu nasazlıqla bağlı məlumatları təqdim edir:

Nə baş verir?
 Bəzi iPhone 17 Pro Max modellərində xırıltı və xışıltı kimi səslər eşidilir, xüsusilə USB-C naqilli enerji adapterinə qoşulduqda. Cihaz naqildən ayrıldıqda və ya MagSafe simsiz enerji doldurucusu ilə istifadə olunduqda bu səs yox olur. Bəzi istifadəçilər isə statik səsin cihazın enerji mənbəyindən asılı olmayaraq davam etdiyini bildirirlər. İstifadəçilər həmçinin ümumi səs keyfiyyətinin pisləşdiyini, danışıqlarda səsin təhrif olunduğunu və diaqloqların anlaşılmadığını qeyd edirlər. iPhone 17 Pro Max modelində səs əvvəlki modellə müqayisədə daha “xırıltılı” olub. O, xüsusilə video izləyərkən danışıqların təhrif olunduğunu müşahidə edib.

Apple şirkəti hələlik bu nasazlıqla bağlı rəsmi açıqlama verməyib. Problem kütləvi hal almasa da, bəzi istifadəçilərdə artıq qeydə alınıb.

İki əsas səs problemi
1. Statik/raisiya səsi:

Bu səs, cihaz USB-C naqilli enerji mənbəyinə qoşulduqda, hətta səs sıfırda olsa belə, dinamikdən gəlir. Cihaz naqildən ayrıldıqda və ya MagSafe vasitəsilə enerji ilə doldurulduqda səs kəsilir.

2. Daimi səs:
Bəzi Reddit istifadəçiləri bu tip səsin enerji mənbəyindən asılı olmayaraq davam etdiyini bildiriblər.

Zəmanət və AppleCare
Bu səs problemi, iPhone 17 Pro modelinin kamera hissəsindəki anodlaşdırılmış örtüyün soyulması ilə bağlı əvvəlki xəbərlər fonunda baş verib.
iPhone 17 Pro Max istifadəçilərinə istehsalçı zəmanətindən istifadə edərək cihazın təmirini və ya dəyişdirilməsini tələb etmək tövsiyə olunur.

Apple həmçinin AppleCare planlarına bəzi dəyişikliklər edib:
Oğurluq və itki hallarında xərclərin ödənilməməsi imkanı ləğv olunub bu da planları bir qədər bahalaşdırıb. Müştərilərə artıq 4 ilə qədər köhnə olan iPhone modelləri üçün də AppleCare planı almağa icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar