Ermənistanda bu səhər hüquq-mühafizə orqanları Erməni Apostol Kilsəsinin Aragaçotn yeparxiyasının altı din xadimini, o cümlədən yepiskop Mkrtıç Proşyanı saxlayıblar.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hazırda İstintaq Komitəsində keşişlər Paren, Manuk, Ayq, Mkrtıç və Gevond da saxlanılır.
Məlumata görə, saxlanılanlar arasında mülki şəxslər də var.
Hazırda hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması yoxdur, buna görə də din xadimlərinə qarşı irəli sürülən ittihamlar hələ məlum deyil.