Qızının saçını kəsimini  bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - HADİSƏ ANI
18 sentyabr 2026 16:30 (UTC +04:00)

Qızının saçını kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - HADİSƏ ANI

0

Türkiyədə qızının saç kəsimini bəyənməyən qadın müştəri kütləvi davaya səbəb olub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, saç kəsimini bəyənməyən qadın salon əməkdaşı ilə mübahisə edib.

Bir müddət sonra onun qohumları salona gələrək obyektin sahibi Duygu Mertlə mübahisə ediblər. Mübahisə qısa müddətdə davaya çevrilib.

Salon sahibi Duygu Mert iddia edib ki, bir neçə qadın onu yerə yıxaraq təpikləyib, saçından tutub sürüyüb və bütün bunlar övladının gözü qarşısında baş verib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb. Duygu Mert bildirib ki, ona 4-5 nəfər hücum edib, salonun əşyalarına da ziyan vurulub. O, xəstəxanada müayinədən keçərək xəsarətləri ilə bağlı rəsmi arayış alıb və polisə şikayət edib.

Salon sahibinin sözlərinə görə, ilk mübahisə zamanı müştəri işçilərdən birini təhqir edib. Mübahisənin böyüməməsi üçün müştəriyə pulunun qaytarılması təklif olunub. Daha sonra həmin əməkdaşın işinə son verilib.

Duygu Mert bildirib ki, müştəri ailəsinə salonda döyüldüyünü deyib. Bundan sonra qadının ailə üzvləri və qohumları obyektə gəliblər.

Salon sahibinin iddiasına görə, daha sonra təxminən 10 qadın yenidən salona daxil olaraq ona hücum edib. Onlardan biri masanı onun üzərinə atıb, digərləri isə saçından tutaraq döyüblər.

“Bir qrup məni döyürdü, digərləri isə salonu dağıdırdı. Hamısı uşağımın gözü qarşısında baş verdi. Qulağımdan zərbə aldıqdan sonra huşumu itirmişəm və xəstəxanaya aparılmışam”, – deyə Duygu Mert bildirib.

Hadisənin təhlükəsizlik kameraları tərəfindən qeydə alındığı bildirilir. Polis məsələ ilə bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar