Ramiz Mehdiyev ömürlük azadlıqdan  məhrum edilə bilərmi? - ŞƏRH
15 oktyabr 2025 10:28 (UTC +04:00)

Ramiz Mehdiyev ömürlük azadlıqdan məhrum edilə bilərmi? - ŞƏRH

0

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının, həmçinin Milli Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.

Lent.az xəbər verir ki, bu hadisə ölkə mediasının əsas gündəmini zəbt etdi.

Ramiz Mehdiyevin ittiham olunduğu maddələr də məlum oldu.

O, Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsi), 274 (dövlətə xəyanət) və 193-1.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə olunan əmlakı leqallaşdırma) maddələri ilə təqsirli bilinir.

Bəs görəsən, bu maddələr əsasında Ramiz Mehdiyevi hansı cəza gözləyir?

“Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev Lent.az-a bildirib ki, həmin maddələr əsasında Ramiz Mehdiyevi 20 ilədək həbs cəzası gözləyir:

“Qeyd olunan maddələr xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Bu maddələr üzrə hətta ömürlük azadlıqdan məhrumetmə də nəzərdə tutulub. Amma nəzərə almaq lazımdır ki, şəxsin yaşı 65-i keçirsə, onu ömürlük azadlıqdan məhrum etmək mümkün deyil. Ən çoxu 20 ilə qədər həbs cəzası nəzərdə tutula bilər”.

Xatırladaq ki, 278.1 və 274-cü maddələrin hər birinə görə 10 ildən 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur. Sonuncu, yəni 193-1.2.3-cü maddədə təqsirli bilinən şəxslərə isə 5 ildən 8 ilədək həbs cəzası verilir. Bu zaman təqsirləndirilən şəxsin 3 ilədək hər hansı vəzifədə işləməsi də qadağan olunur.

Məlumat üçün bildirək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci ildə anadan olub, hazırda 87 yaşı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1334

Oxşar yazılar