Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Arif Rəhimzadə bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumnlarının iclası olacaq:
“Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.