"Hezi Rash Group tərəfindən Azərbaycan informasiya sistemlərinə DDoS hücumlar başlayıb".
Bu sözləri Lent.az-a açıqlamasında İnformasiya təhlükəsizliyi mütəxəssisi Rəşad Zeyvəliyev deyib.
O bildirib ki, qrup tərəfindən Azərbaycanın ibir sıra informasiya sistemlərinə qarşı kütləvi DDoS hücumları həyata keçirilir. Hücumların məqsədi dövlət və özəl sektorun onlayn xidmətlərinin fəaliyyətini pozmaq, sistemləri əlçatanlıqdan çıxarmaq və ictimai panika yaratmaqdır.
İnfrastrukturunuzu və şəbəkə təhlükəsizlik qaydalarınızı yenidən nəzərdən keçirin. Firewall və WAF (Web Application Firewall) üzərindən trafik filtrasiyasını gücləndirin. Mümkünsə, DDoS qoruma xidmətləri (Cloudflare, Radware, Arbor və s.) aktiv edin. Hücum aşkarlanarsa, məlumat mübadiləsini məhdudlaşdırın və məsələni müvafiq təhlükəsizlik qurumlarına bildirin. Bu hücumlar yalnız texniki deyil, informasiya müharibəsinin bir hissəsidir".