General Hüseynov istefa verdi
15 oktyabr 2025 13:18 (UTC +04:00)

General Hüseynov istefa verdi

0

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

Lent.az bakupost-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxarılıb.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 826

Oxşar yazılar