Naxçıvanda yeni tikilən  məktəbdən OĞURLUQ
15 oktyabr 2025 11:20 (UTC +04:00)

Naxçıvanda yeni tikilən məktəbdən OĞURLUQ

0

Babək rayonunda tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Babək rayon Polis İdarəsinə rayon ərazisində inşası davam edən məktəb binasının həyətindən elektrik naqillərinin oğurlanması ilə bağlı məlumat daxil olub.

Keçirilən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı Natiq Quliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun məktəbin həyətindən müxtəlif ölçülü elektrik naqillərini oğurlayaraq şəxsi məqsədləri üçün satmaq niyyəti ilə aparması müəyyən olunub.

Hazırda faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar