Dünyanın ən məşhur musiqi albomu  - 40 ildir rekordu qırılmır
14 oktyabr 2025 19:46 (UTC +04:00)

Dünyanın ən məşhur musiqi albomu - 40 ildir rekordu qırılmır

0

Dünyada musiqi trendləri hər həftə dəyişir, albomlar isə bir ay ərzində unudulur. Lakin bir rekord hələ də əlçatmaz zirvə olaraq qalır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu rekorda sahib olan şəxs əfsanəvi Maykl Cekson və onun “Thriller” albomudur. Onun kommersiya uğurunu hətta rəqəmsal dövrün ən məşhur layihələri belə təkrarlaya bilməyiblər.

1982-ci ilin payızında buraxılan bu albom təkcə platin və ya multiplatin statusu qazanmaqla kifayətlənmədi. O, qlobal mədəni fenomenə çevrildi və onilliklər boyu pop musiqisinin və şou-biznesin inkişaf istiqamətini müəyyənləşdirdi. Satış göstəriciləri isə bu gün də statistika mütəxəssislərini iki dəfə yoxlamağa məcbur edir.

ABŞ Səs Yazma Sənayesi Assosiasiyasının (RIAA) rəsmi məlumatına görə, yalnız Amerikada “Thriller” albomunun 34 milyondan çox nüsxəsi satılıb. Müxtəlif mənbələrə əsasən, dünya üzrə satış sayı 100 milyonu keçib. Fiziki daşıyıcılar dövründə son 40 il ərzində heç bir ifaçı bu həddi yaxınlaşa belə bilməyib.

Onun uğurunun sirri misilsiz musiqi keyfiyyəti, yenilikçi videokliplər və ağıllı marketinq strategiyasının sintezində olub. Jackson və prodüser Quincy Cones sadəcə mahnı toplusu deyil, hər trek potensial hit olan bütöv bir musiqi məhsulu yaradıblar. Albom funk, disko, pop və rok janrlarını birləşdirərək həm irqi, həm də üslubi sərhədləri aşıb.

“Thriller”, “Billie Jean” və “Beat It” mahnılarına çəkilmiş kliplər musiqi sənətinin televiziya kanallarında rotasiya ilə yayımlanan ilk nümunələri olub. Onlar videoklip istehsal standartlarını qısametrajlı filmlər səviyyəsinə qaldıraraq promosiya prosesinin ayrılmaz hissəsinə çevriliblər. Maykl Cekson vizual kontentin gücünü YouTube və sosial şəbəkələr yaranmazdan çox əvvəl dərk edib.

1984-cü ildə “Thriller” albomu bir gecədə misilsiz 8 “Grammy” mükafatı qazanaraq tarixdə rekord müəyyənləşdirib.

Plastinkadakı doqquz trekdən yeddisi sinql kimi buraxıldı və hamısı Billboard Hot 100 siyahısının ilk onluğuna daxil olub. Bu cür kommersiya effektivliyi bu günə qədər musiqi sənayesində ideal göstərici hesab olunur.

Müasir striminq dövründə, harada ki, albomlardan çox sinqllar üstünlük təşkil edir, bu uğuru təkrarlamaq demək olar ki, mümkünsüz görünür. Fiziki daşıyıcıların tirajı azalır, musiqi dinləmə modeli isə tamamilə dəyişib. “Thriller” isə əbədi olaraq elə bir dövrün simvolu kimi qalacaq ki, o zaman albom vahid sənət əsəri idi, satış göstəriciləri isə əsl qlobal şöhrətin ölçüsü sayılırdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar