İmişlidə marketdə BİABIRÇILIQ:  şokoladlardan qurd çıxdı
15 oktyabr 2025 12:10 (UTC +04:00)

İmişlidə marketdə BİABIRÇILIQ: şokoladlardan qurd çıxdı

0

Marketdən alınan şokoladlardan qurd çıxıb.

Lent.az-ın məlumatına görə, qurdlaşmış şokoladlar İmişlidə yerləşən marketlərin birindən alınıb.

Çəki ilə satılan şokoladın etiketində isə saxlanma tarixinin hələ keçmədiyini görə bilirik, buna baxmayaraq, onların hər biri qurdlu olub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ müvafiq regional bölmə tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır:

“Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar