Metro və avtobusda ödəniş sistemindəki problem aradan qaldırıldı
14 oktyabr 2025 21:41 (UTC +04:00)

Metro və avtobusda ödəniş sistemindəki problem aradan qaldırıldı

0

Xəbər veridiyimiz kimi, ictimai nəqliyyatda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində problem müşahidə olunmuşdu. 

Lent.az-ın əldə etdiyi məlumata görə, texniki texniki nasazlıq artıq aradan götürülüb. 

***
19:39

"Hazırda "Birbank" mobil tətbiqinin QR bilet ödəniş sistemində texniki çətinlik müşahidə olunur".

Bu barədə Lent.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

"Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılır və qısa müddətdə aradan qaldırılacağı bildirilir. Sərnişinlərə yaranmış narahatlıqla bağlı müvəqqəti olaraq "BakıKart"ın mobil tətbiqi, "m10" rəqəmsal ödəniş sitemi və ya fiziki kartlardan istifadə etmələri tövsiyə olunur", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem müşahidə olunur. Bu səbəbdən metro və avtobuslarda sıxlıq yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar