Hava bu tarixdən  dəyişir: Yağış yağacaq
06 oktyabr 2025 16:31 (UTC +04:00)

Hava bu tarixdən dəyişir: Yağış yağacaq

0

Oktyabr ayı olmasına baxmayaraq, havalar iqlim normasından isti keçir. Görəsən, yağışlar nə zamandan etibarən başlayacaq?

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, oktyabrın 6-sı Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi axşam saatlarında zəifləyəcək:  

"Oktyabrın 7-si və 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək, havanın maksimal temperaturu 20-25 °C olacaq.

Bölgələrdə əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin 7-si gündüz bəzi yerlərdə qısa müddətli çiskin və yağış yağacağı ehtimalı var.  Oktyabrın 8-də isə əsasən yağmursuz hava müşahidə olunacaq.  

Havanın maksimal temperaturu Aran rayonlarında 23-28, dağlıq ərazilərdə 15-20 °C olacaq". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar