5 minə yaxın tikilinin sökülməsi üçün sanksiya istənilib - EKSKLÜZİV
Hökumətə verilmiş siyahıdakı 5 minə yaxın tikilidən 200-ə yaxınının sənədi var
Nəqliyyat Nazirliyi dəmir yolu və avtomobil yollarının mühafizə zolağındakı qanunsuz tikililərin siyahısını yekunlaşdıraraq, Nazirlər Kabinetinə təqdim edib. Lent.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumata görə, təqdim edilən siyahıda 5 minə yaxın ev, hasara alınmış sahələr və digər obyektlər yer alıb. Nəqliyyatın hərəkəti üçün həddən artıq təhlükə yaradan bu tikililərin bir hissəsinin sənədinin mövcud olmasına baxmayaraq, Nəqliyyat Nazirliyi yol infrastrukturunun yaxşılaşdırılması layihələrinin icrası ilə əlaqədar olaraq hökumət qarşısında bu tikililərin sökülməsi barədə məsələ qaldırıb.
Bakı, Abşeron yarımadası və respublikanın digər bölgələrini də əhatə etməkla hazırlanmış siyahıda təqdim olunan 5 minə yaxın tikilidən 200-ə yaxınının sənədi var. Bəziləri isə tikinti işləri üçün sənədləşmə məsəllərini həll etmələrinə baxmayaraq, mühafizə zolağındakı tikililərin söküləcəyi barədə yayılan məlumatlardan sonra “ehtiyatla hərəkət edərək” tikinti aparmayıblar. Nəqliyyat Nazirliyi sənədi olan tikililərin kompensasiya qarşılığında sökülməsi barədə sanksiya verilməsini təklif edib.
Nazirlər Kabinetindən qanunsuz tikililərlə bağlı hökumətdə yaradılmış komissiyanın hazırda digər qurumlardan da məlumatları topladığı və yaxın bir neçə ay ərzində müvafiq qərarın hazırlanacağı bildirilib. Hökumətin müvafiq qərarının ardınca isə, yolların mühafizə zolağına düşən ikinci dərəcəli – yəni hazırda qismən təhlükə yaradan və gələcəkdə yolların genişləndiriləcəyi zaman layihəyə düşməsi mümkün olan tikililərin siyahısı hazırlanacaq.
Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinin müdiri Kazım Şərifov isə Lent.az-a açıqlamasında hökumətə təqdim olunan siyahıya avtomobil və dəmir yolunun təhkim zolağında 5 minə qədər qanunsuz tikilinin düşdüyünü təsdiqləyib. Nazirlik nümayəndəsinin sözlərinə görə, Nazirlər Kabinetinə təqdim olunan bu siyahıdakı evlərin 70%-nin sənədi olmasa da orada qaz və elektrik sayğaclarının quraşdırılmasına təsadüf olunur. Bu tikililər Nazirlər Kabinetinin 2004-cü il 23 fevral tarixli 18 saylı və 2005-ci il 23 fevral tarixli 33 saylı qərarlarına zidd olaraq yolların təhkim zolağında inşa edilib və nəqliyyatın hərəkətinə təhlükə yaradır. K.Şərifov qanunsuz tikililərin taleyinin Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşəcəyini və indidən onların sökülüb-sökülməyəcəyi barədə nə isə deməyin tez olduğunu söyləyib.

769