Orta aylıq əmək haqqı açıqlandı
12 dekabr 2012 11:28 (UTC +04:00)

Orta aylıq əmək haqqı açıqlandı

2012-ci ilin oktyabr ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 403.3 manat təşkil edib, yanvar-oktyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 9.0 faiz artaraq 390.2 manat olub. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, peşə, elmi və texniki fəaliyyət sahəsində, informasiya və rabitədə, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
# 3675

Oxşar yazılar