İƏT-20
04 dekabr 2012 05:43 (UTC +04:00)

İƏT-20

Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) iyirmi illik yubileyi münasibətilə rəsmi mərasim keçirilib. Mərasimdə İran xarici işlər naziri Əli Əkbər Salehi, səfirlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İştirakçıları salamlayan İƏT-in baş katibi Şamil Ələsgərov təşkilatın fəaliyyət istiqamətləri, dünya iqtisadi məkanında yeri və rolu, regional iqtisadi layihələrin həyata keçirilməsində iştirakı, perspektiv imkanlar və s. məsələlər barədə ətraflı məlumat verib.

Yubiley münasibətilə iştirakçıları təbrik edən İranın xarici işlər naziri Ə.Ə.Salehi əminliklə bildirib ki, İƏT bundan sonra da öz fəaliyyətində təşkilata üzv ölkələrin iqtisadi potensialından daha səmərəli istifadə edəcək.

İştirakçılara İƏT-in iyirmi illik fəaliyyətini əks etdirən kitab, jurnal və başqa vəsaitlər paylanıb.

Xatırladaq ki, 2015-ci ilin sonunadək İƏT-də baş katibliyi Azərbaycan Respublikasının rəsmi nümayəndəsi həyata keçirəcək.
# 603

Oxşar yazılar