Azərbaycan-İtaliya biznes forumu keçiriləcək
03 dekabr 2012 16:26 (UTC +04:00)

Azərbaycan-İtaliya biznes forumu keçiriləcək

Dekabrın 6-da Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə sənaye, tikinti, İKT, mebel istehsalı, mədəniyyət, turizm, bankçılıq və başqa sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edəcək.

Biznes forumda Azərbaycan və İtaliyanın iqtisadiyyatına dair təqdimatlar və iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcək.
# 1118

Oxşar yazılar