Naxçıvan və Qəbələnin inzibati ərazi bölgüsündə dəyişikliklər edildi
30 noyabr 2012 19:59 (UTC +04:00)

Naxçıvan və Qəbələnin inzibati ərazi bölgüsündə dəyişikliklər edildi

Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının müvafiq qanunlara uyğunlaşdırılması barədə təkliflər hazırlamaq və ölkə rəhbərinə təqdim etmək tapşırılıb.

Eyni zamanda Nazirlər Kabineti bu müddətdə öz normativ hüquqi aktlarının həmin qanunlara uyğunlaşdırılmasını təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, həmin qanunlardan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların hər iki qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2543

Oxşar yazılar