Moskva-Bakı və Bakı-Moskva aviareyslərində gecikmələr davam edir
Aeroportdan «APA-Economics»ə verilən məlumata görə, Moskvada əlverişsiz hava şəraiti səbəbindən Moskva-Bakı marşrutu ilə uçan təyyarə qrafik üzrə saat 16:35-də deyil, saat 17:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib: «Bu səbəbdən S7 aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə uçan təyyarə də ləngimə ilə yaxın dəqiqələrdə havaya qalxacaq».
Aeroportdan həmçinin bildirilib ki, Moskvadakı əlverişsiz hava şəraitinə görə, «Domodedovo»dan gələn «Azərbaycan Hava Yolları» QSC-nin 851 saylı Moskva-Bakı aviareysi də ləngimə ilə Bakıya çatacaq: «Saat 18:30-da enməli təyyarənin, saat 19:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcəyi gözlənilir».
Qeyd edək ki, ötən gün güclü qar yağması nəticəsində Moskvanın «Domodedovo» aeroportundan 73 aviareys, o cümlədən Sankt-Peterburq, Bakı, Minsk və Novosibirsk şəhərlərinə reyslər ləngiyib. Sonradan təyyarələrin bir hissəsi ləngimə ilə olsa da havaya qalxıb. Nəticədə, «Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin 853 saylı Moskva («Domodedovo» aeroportu)-Bakı marşrutu ilə uçan təyyarə Bakıya nəzərdə tutulduğu kimi gecə saat 02:05-də deyil, səhər saat 05:00-da enib. Artıq ləngimə aradan qaldırılıb və bu gün saat 10:40-da 852 saylı Bakı-Moskva (Domodedovo) reysi cədvəl üzrə yerinə yetirilib.
Xatırladaq ki, Moskvada dünən günortadan başlayan güclü qar yağması nəticəsində yaranmış kəskin hava şəraiti Moskvanın digər aeroportlarından da uçuşlara təsir edib – dünən «Vnukovo» aeroportundan da onlarla reys təxirə salınıb.

1648