“Məkan” İstirahət Mərkəzi borca düşüb
27 noyabr 2012 12:38 (UTC +04:00)

“Məkan” İstirahət Mərkəzi borca düşüb

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Sahdağ” şirkətinə məxsus (VÖEN: 7700035991) “Məkan” İstirahət Mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçiriblər.
Vergi ödəyicisinin cari ilin avqust ayının 17-də yaranmış vergi borcu ilə əlaqədar olaraq oktyabrın 16-da onun 600 manat dəyərində əmlakı siyahıya alınıb. Lakin vergi ödəyicisi tərəfindən borc ödənmədiyindən və əlavə olaraq 563 manat məbləğində yeni borc yarandığından noyabr ayını 1-də ona borc bildirişi göndərilib. Borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ödənmədiyindən vergi ödəyicisinin bank hesablarına sərəncam qoyulub, noyabr ayının 7-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi istirahət mərkəzində əmlakın siyahıya alınması haqqında qərar çıxarılmış. Obyektdəki 750 manatlıq müxtəlif növ məişət texnikası və avadanlıq müvafiq qaydada siyahıya alınıb.
Vergi xidməti əməkdaşları Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən, fiziki şəxs Məmmədov Fərhad Məmməd oğluna məxsus (VÖEN: 7700333412) mağazada da əmlakın siyahıya alınmasını həyata keçiriblər. Fərhad Məmmədovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 1052 manat vergi borcunun yarandığı müəyyən edilib. Bu il noyabrın 1-də vergi borcu haqqında bildiriş göndərildikdən sonra bu ilin oktyabr ayında ona məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb. Vergi əməkdaşları mağazadakı 630 manat dəyərində olan məişət əşyaları və təsərrüfat mallarını müvafiq qaydada siyahıya alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2296

Oxşar yazılar