“Azəriqaz” “qüsur aktı” statistikasını açıqladı
Oktyabr ayında ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 3802 istehlakçıya müvafiq “qüsur aktı” tərtib olunub. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu “qüsur aktları” əsasında itirilmiş təbii qazın bərpası üzrə 8 milyon 3 min 630 kubmetr həcmində dəymiş ziyan hesablanıb.
“Azəriqaz” tərəfindən müvafiq dövr ərzində Abşeron, Binəqədi, Sabunçu, Sumqayıt, Suraxanı, Xəzər və Yasamal Qaz İstismar sahələrinin xidməti ərazilərində 4 min 269 istehlakçının qaz təsərrüfatında və qazpaylayıcı stansiyalardan hesabat aparılan 9 ölçü qovşağında yoxlama-təftiş işləri keçirilib. Yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 116 istehlakçıya müvafiq “qüsur akt”ı tərtib olunub. O cümlədən qeyri-qanuni (sayğacsız və qeydiyyatsız) təbii qazdan istifadəyə görə 70, təbii qazdan sayğacdankənar (oğurluq) istifadəyə görə 26, sayğacı mövcud cihazların sərfiyyatına uyğun olmadığı üçün 11, sayğacın hesablayıcı mexanizminə müdaxilə olunduğu (deşildiyi) və ya işləmədiyi üçün 8, fərdi evdə sayğac üfüqi vəziyyətdə aşkarlandığı üçün 1 “qüsur aktı” tərtib edilib. Bundan əlavə, 515 sayğacın dövlət yoxlamasına göndərilməsi qərara alınıb.
ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.

Oxşar yazılar

Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05