Ştefan Füle: “Trans-Anadolu boru kəmərinə dair razılaşmaları müsbət qarşılayırıq”
Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle və Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev arasında görüş keçirilib. Görüşdə Avropa birliyi və Azərbaycan arasında qarşılıqlı və regional məsələlərin müzakirəsi olunub. Tərəflər bundan sonra da ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirmələri barədə razılığa gəliblər.
Ş.Füle qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanın Avropa Qonşuluq Siyasətinə uyğun şəkildə qarşılıqlı dəyər və maraqlara əsaslanan demokratik inkişafını davam etdirməsini istəyir. “Biz əlaqələrimizin intensivləşməsinin şahidi olmuşuq: Viza prosesinin sadələşdirilməsi istiqamətində danışıqlarda irəliləyişlərə nail oluruq. Enerji sahəsində strateji əməkdaşlığımız davam edir və biz bu yaxınlarda ratifikasiya edilən Cənub dəhlizinin reallaşmasında əsas olan Trans-Anadolu boru kəmərinin tikintisi və istismarını nəzərdə tutan 2 razılaşmanı müsbət qarşılayırıq”, deyə Füle bildirib. “Eyni zamanda Azərbaycanın Şərq Tərəfdaşlığında aktiv cəlb edilməsilə bizim əlaqələrimizin bundan da artıq inkişafı üçün böyük potensial var. Yeni Assosiasiya Razılaşması istiqamətində davam edən danışıqlar bizim qarşılıqlı münasibətlərimizi daha yüksək səviyyəyə gətirmək istiqamətində birgə səylərimizin ən bariz nümunəsidir. Bu kontekstdə insan haqlarına və demokratik prinsiplərə hörmət daha yüksək səviyyədə öhdəliyə layiqdir. Son aylar ərzində bu istiqamətdə müsbət addımlar olsa da, təkmilləşməyə ehtiyac var. Seçki qanunu, azad toplaşmaq və mətbuat azadlığı daha çox səylərə ehtiyac duyan sahələrdir”, deyə o əlavə edib .
Ştefan Füle Avropada ən uzunmüddətli münaqişələrdən biri olan Dağlıq Qarabağ probleminə də münasibət bildirib: “Avropa Birliyinin mövqeyi bütünlüklə ATƏT-in Minsk Qrupunun sülhə əsaslanan Madrid Prinsiplərinin qəbul edilməsi istiqamətində hər iki tərəflə müzakirələri davam etdirməsi cəhdlərini dəstəkləyir”.
Ş.Füle həmçinin Avropa Birliyinə Azərbaycandan yeni səfirin təyin edilməsini müsbət qarşıladığını və onun əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib.

767