
Mərkəzi Bank post-terminallarla bağlı kommersiya banklarını təlimatlandırdı
Mərkəzi Bankın və Vergilər Nazirliyinin birgə iştirakı ilə Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli Qərarı əsasında təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın tətbiqi ilə bağlı görüş keçirilib. Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, görüşdə kommersiya banklarının və kart prosessinq təşkilatlarının nümayəndələrinə POS-terminalların elektron qaydada qeydiyyata alınması və qeydiyyatdan çıxarılması məsələləri üzrə hazırlanmış proqram təminatından istifadə edilməsi, bank ekvayer tərəfindən POS-terminalların quraşdırılmasından imtina proseduru haqqında ətraflı məlumat təqdim edilmiş və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı həmçinin, yeni qaydaların tətbiqi zamanı qarşıya çıxa biləcək problemlərin həlli yollarına, POS-terminalların ölkə üzrə mərhələlərlə quraşdırılmasına və digər məsələlərə də toxunulub.
Müzakirələr zamanı həmçinin, yeni qaydaların tətbiqi zamanı qarşıya çıxa biləcək problemlərin həlli yollarına, POS-terminalların ölkə üzrə mərhələlərlə quraşdırılmasına və digər məsələlərə də toxunulub.
Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11