(R) Payızın şirin tamı “Çudo Peçka”da duyulur - FOTO
İsti yay günləri arxada qaldı. Artıq yağmurlu, sərin, biraz da soyuq payızın tam ortasındayıq. Bu fəsilə ağacların yarpaqlarının solarkən sarı və qırmızının müxtəlif çalarlarında olması özəl rəng qatır. Solmuş yarpaqlar payızın simvoludur. Bu fəslin artıq məxsusi dadı da var – şirin tort tamı.
“Çudo Peçka” mağaza-kafelərində “Şirin Payız” adlı yeni tortlar kolleksiyası satışa çıxarılıb. Bu seriyadan olan “Tiramisu”, “Şərq”, “Markiza”, “Ağ trüfel” tortları və tortla ruletin sintezi olan “Tort-rulet” payızı daha şirin emosiyalarla xatirələrə hopduracaq. Şirkətin istehsal etdiyi ən son məhsulların hər birinin məxsusi tamı var.
“Ağ trüfel” tortu doğranmış və qovurulmuş fındıq əlavəli yağlı ağ biskvitdən hazırlanıb. Hər birinə qaysı cemi çəkilmiş 3 qatlı korjdan ibarətdir. Bu mərtəbələrin hər birində qaymaq, ağ şokolad və “Filadelfiya” pendiri “məskunlaşıb”. Tortun üzəri ağ şokolad qırıntıları, südlü jele və qaysı ilə bəzədilib.
“Şərq” tortu şokoladlı yağlı biskvit əsaslıdır. Üzərinə şirə, şokoladlı muss əlavə edilib. Tərkibində həmçinin qaymaq, yumurta, əridilmiş qara şokolad, şəkər tozu, doğranmış xurma da mövcuddur. Bu mükəmməl qarışımı Şokoladlı qanqj, gel ilə örtülmüş qoz və digər quru meyvələr bəzəyib.
Likorlu qəhvəyə hopdurulmuş ikiqat şokoladlı biskvitdən hazırlanmış “Tiramisu” tortunun üzərinə tərkibində qaymaq, “Filadelfiya pendiri, qatılaşdırılmış süd daxil olan qəhvəli sufle çəkilir. Tort çalınmış qaymaq, kakao tozu və “Savoyardi” peçenyesi ilə bəzədilib.
Şokoladı çox sevənlər üçün özəl formaya malik “Markiza” tortu təqdim olunub. Tort şirəyə hopdurulmuş üç şokoladlı-biskvitli qatdan ibarətdir. Qatlara tərkibində yumurta sarısı, şəkər tozu, süd, əridilmiş qara şokolad və qaymaq daxil olan şokoladlı muss çəkilib. Bəzədilməsində şokoladlı beze, şəkər krişnası və kakaodan istifadə olunub.
Seriyanın son məhsulu – “Tort-rulet” ağ fransız biskvitindən hazırlanıb. Tərkibində çalınmış qaymaq, pasiçera kremi, badamlı qrilyaj var. Şirniyyatın üzəri biskvitli şokoladlı zolaqlarla örtülüb və fəsilə uyğun meyvələrlə bəzədilir.
“Şirin payız” kolleksiyasının tortları payız romantikasının bütün gözəlliklərini özündə əks etdirir. Bu tortlarda yağış səsi, xəzan xəfifliyi, sərin meh duyulur.

Oxşar yazılar

Tramp bu yolla 324.5 milyon dollar qazandı
21 may 2025 , 06:39
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
20 may 2025 , 16:23
Kapital Bank daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
20 may 2025 , 15:22
“Bakcell” süni intellekt təlimi təşkil etdi
20 may 2025 , 14:06
ABB-nin Daşkəsən filialı da yeniləndi!
20 may 2025 , 11:18
Sabah Azərbaycanın bu ərazilərində qaz kəsiləcək
19 may 2025 , 19:51
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəlib
19 may 2025 , 15:28