Vergilər Nazirliyi şirkətin 20 min 375,8 manatlıq cəriməsini ləğv etdi
21 noyabr 2012 14:53 (UTC +04:00)

Vergilər Nazirliyi şirkətin 20 min 375,8 manatlıq cəriməsini ləğv etdi

Üç sahibkarın şikayəti təmin olunub, iki sahibkarın şikayəti haqsız sayılıb
Vergi Apelyasiya Şurasının iclasında bir sıra vergi ödəyicilərinin təkrar şikayətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Ekspres Trans” MMC-nin rəhbəri Qəribov Sarvan Qulu oğlu Apelyasiya Şurasına müraciət edərək səyyar vergi yoxlaması nəticəsində müəssisəyə tətbiq edilmiş 20 min 375,8 manat məbləğində maliyyə sanksiyasının ləğv olunmasını xahiş edib.
Təqdim edilmiş əlavə sənədlər və sübutlar hərtərəfli araşdırılaraq şikayətin təmin olunması barədə qərar çıxarılıb. Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs Əliyeva Ella Nəriman qızının operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş 2 min manat məbləğində maliyyə sanksiyasının və fiziki şəxs Osmanov Rauf Xəlil oğlunun yoxlama nəticəsində kameral qaydada hesablanmış 2 min 414,31 manat məbləğində vergi məbləğinin ləğv edilməsi barədəki şikayətləri də Apelyasiya Şurasının qərarı ilə təmin olunub.
3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Məmmədov Səməd Məmməd oğlunun ƏDV qeydiyyatının, habelə kameral qaydada hesablanmış vergi məbləğinin və faizlər üzrə borcun ləğv edilməsi barədəki təkrar şikayəti araşdırılıb. Müəyyən edilib ki, Səməd Məmmədov 25 iyul 2011-ci il tarixdə vergi uçotuna alınaraq, meyvə-tərəvəz məhsullarının topdansatışı və daşınması ilə məşğul olub. Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən vergi orqanına təqdim olunmuş məlumatlara əsasən vergi ödəyicisinin 2011-ci ilin sentyabr ayı ərzində 92 min 431 manat məbləğində ixrac üzrə vergi tutulan əməliyyatlar apardığı aşkarlanıb. Lakin araşdırma zamanı vergi ödəyicisinin digər xarici ölkədəki partnyorları ilə bağlanmış “Gömrük daşıyıcısı xidməti göstərilməsi haqqında” 25 oktyabr 2011-ci il tarixli müqavilələrin qanunvericiliyin tələbinə zidd olduğu və onun bu əməliyyatları gömrük daşıyıcısı hüququ olmadan həyata keçirdiyi müəyyən edilib.
Apelyasiya Şurasında baxılmış daha bir məsələ 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan fiziki şəxs Əliyev Rəşid Yadulla operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş 800 manat məbləğində maliyyə sanksiyasının ləğv edilməsi barədə olub. Araşdırma nəticəsində müəyyən edilib ki, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Xaçmaz rayonu, Çarxı kəndində yerləşən mağazada operativ vergi nəzarəti həyata keçirilərkən alınmış mala görə ödənilmiş 20 manat məbləğində vəsait nəzarət-kassa aparatına mədaxil olunmadığı üçün həmin məbləğ nəzarət-kassa aparatına bərpa edilib və vergi ödəyicisinə 800 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları”nın 40-cı bəndində kassa aparatında çekin vurulması və müştəriyə qaytarılan qalığı aydın ifadə edərək çek və mal ilə birgə ona təqdim olunması satıcı-kassirin vəzifəsinə, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi isə vergi ödəyicisinin vəzifələrinə aid edildiyindən, habelə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi tərəfindən il ərzində belə hallara ikinci dəfə yol verildikdə ona qarşı 800 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunduğu nəzərə alınaraq fiziki şəxs Əliyev Rəşid Yadulla oğlunun təkrar şikayəti təmin edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031

Oxşar yazılar