Elman Rüstəmov Raca Almarzoqini qəbul edib
Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqini və nümayəndə heyətinin üzvlərini qəbul edib. Bu barədə Lent.az-a Mərkəzi Bankın Mətbuat xidmətindən məlumat verilib. Görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlər müzakirə olunub, pul və məzənnə siyasəti barədə fikir mübadiləsi aparılıb, bank islahatları sahəsində atılmış addımlar barədə danışılıb.
Mərkəzi Bankın həyata keçirdiyi pul və maliyyə sabitliyi siyasətlərinin ölkənin iqtisadi inkişafına təsiri məsələləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Missiya müddəti ərzində Mərkəzi Bankda nümayəndə heyətinin üzvləri ilə iqtisadi islahatlar və pul siyasəti məsələləri ilə bağlı digər görüşlər də keçirilib.

1028