(R) AXA MBASK sığorta agentliklərinin ikinci forumunu keçirdi
AXA MBASK Sığorta Şirkəti Jumeirah Bilgah Beach Hotel-də “Fərqliyik, fərq yaratmaq üçün burdayıq” adlı Sığorta Agentliklərinin ikinci illik Forumunu keçirib. İki gün davam edən Forumda sığorta agentliklərinin rəhbərləri və AXA MBASK-la əməkdaşlıq edən sığorta agentləri iştirak ediblər. Qeyd edək ki, sığorta agentliklərinin hər iki forumu Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir.
Forum çərçivəsində iştirakçıların xahişi ilə xüsusi olaraq dəvət edilmiş ekspertlər vergilər və satışlarla bağlı məsələlər, üzrə geniş treninqlər keçiriblər. Həmçinin, şirkət rəhbərliyi ilə sığorta bazarında olan vəziyyət, Azərbaycanda agent satışlarının genişləndirilməsilə bağlı məsələlər, 2013-cü ildə sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, ölkə paytaxtında və bölgələrdə agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.
Bu tədbirdəki müzakirə olunan təkliflər və analizlər göstərdi ki, AXA MBASK sığorta şirkəti və onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sığorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməkdədir.
AXA MBASK qısa müddətdə paytaxtda və bölgələrdə 80-ə yaxın agentlik yaradıb. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində onlayn rejimdə agentliklərinə və müştərilərinə yüksək səviyyədə xidmətlə təmin edib.
Müştərilərlə sıx əlaqə quran və zərurət yarandığı zaman onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

1440