BVF-in ölkəmizə göstərəcəyi yardımla bağlı məsələlər müzakirə edilib - FOTO
Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktoru Masud Əhmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Lent.az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan iqtisadiyyatının perspektivləri, ölkənin iqtisadi siyasətindəki prioritetləri, qeyri-neft sektorunun inkişafı, həmçinin BVF Azərbaycan hökumətinə göstərəcəyi texniki yardımın istiqamətləri barədə müzakirələr aparılıb. Azərbaycan hökuməti ilə BVF arasında çox səmərəli və işgüzar əlaqələrin mövcud olduğunu məmnunluqla qeyd edən M. Əhməd ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Fond tərəfindən dəstəkləndiyini vurğulayıb.
Tərəflər Azərbaycanla BVF arasında maddə IV məsləhətləşmələri çərçivəsində səmərəli dialoqun davam etdirilməsi, eyni zamanda ölkənin prioritetləri ilə bağlı konkret sahələr üzrə orta və uzunmüddətli texniki yardımın göstərilməsi, iqtisadi inkişafın perspektivlərinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı da məsləhətləşmələr aparıb. Bu, BVF-nun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin rəhbəri Məsud Əhmədin Azərbaycana ilk səfəridir.

Oxşar yazılar

"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09