ABŞ Transxəzər qaz kəməri tikintisini dəstəkləyir
APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Lin Treysi Türkmənistanda keçirilən “Türkmənistan neft və qazı” adlı konfransda çıxışı zamanı deyib.
Lin Treysi əlavə edib ki, ABŞ hökuməti birmənalı şəkildə Transxəzər qaz kəmərinin tikintisini dəstəkləyir: “Türkmənistan və Azərbaycan razılıq verəcəyi təqdirdə heç bir ölkə Xəzərin dibi ilə qaz kəmərinin çəkilişini qadağan edə bilməz”.
Avropa İttifaqının Mərkəzi Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Patrisiya Flor isə bildirib ki, Avropa İttifaqı 30 il ərzində Türkmənistandan qaz almağa hazırdır.

957