Büdcə müzakirələri başa çatdı
15 noyabr 2012 15:25 (UTC +04:00)

Büdcə müzakirələri başa çatdı

Bu gün Milli Məclisdə üç gündür, davam edən gələn ilin büdcə zərfi ilə bağlı müzakirələr başa çatıb. Lent.az-ın verdiyi məlumata görə, büdcə paketinin müzakirəsi zamanı səslənən təkliflərə baxılması üçün Hökumətə göndərilib. Büdcə zərfinə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetası haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.

Qeyd edək ki, Hökumət deputatların təkliflərinə noyabrın 30-da keçiriləcək plenar iclasda cavab verəcək.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2481

Oxşar yazılar