Oqtay Əsədov soyuducu anbarlardan danışdı
15 noyabr 2012 13:08 (UTC +04:00)

Oqtay Əsədov soyuducu anbarlardan danışdı

Spiker Oqtay Əsədov parlamentdə büdcə müzakirələri zamanı iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənovanın rayonlarda soyuducu anbarların tikilməsi ilə söylədiklərinə münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, spiker Oqtay Əsədov regionlarda 41 soyuducu anbar tikildiyini bildirib.

Ancaq o, bu soyuducu anbarların fəaliyyətini diqqət mərkəzində saxlamağı zəruri sayıb: «Baxmaq lazımdır ki, soyuducularda qiymət hansı səviyyədədir. Bu soyuducuların səmərəli işləməsini İqtisadi İnkişaf Nazirliyi yoxlamalıdır. Bir çox kənddə meyvə mal-heyvana yem olur. O soyuducu tikənlərə də seminar keçmək lazımdır”.


Oqtay Əsədov onu da qeyd edib ki, büdcə müzakirələri artıq başa çatıb: “Hökumət nümayəndələrinə vaxt veriləcək ki, onlar 2 həftə ərzində deputatların təkliflərinə bir daha nəzərdən keçirsinlər və müəyyən məqamları nəzərə alsınlar. Çox güman ki, növbəti iclasımız noyabrın 31-də olacaq və bütövlükdə büdcə zərfinə daxil olan sənədlər həmin gün səsə qoyularaq qəbul ediləcək”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872

Oxşar yazılar