Vahid Əhmədov: “Qubada almanı çaya tökürlər…”
14 noyabr 2012 12:31 (UTC +04:00)

Vahid Əhmədov: “Qubada almanı çaya tökürlər…”

Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri davam edir.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Vahid Əhmədov qeyri-neft sektorunun inkişafı sahəsində ciddi addımlar atılmalı olduğunu, İqtisadi İnkişaf Nazirliyinin qeyri-neft sektorunda hansı sahələrə kredit verilməsinin zəruri olduğunu araşdırmağa çağırıb.

Vahid Əhmədov kənd təsərrüfatı sahəsində ciddi problemlər olduğunu söyləyib: “Kənd Təsərrüfatı Nazirliyinin strukturu sovet dövründə olduğu kimi qalıb. Yerlərdə fermer, kəndlilər başlı başına qalıb. Kənd Təsərrüfatı Nazirliyində ciddi islahatlar aparmaq lazımdır. Digər tərəfdən, bölgələrdə kənd təsərrüfatı məhsullarını satmaq mümkün olmur. Məsələn, Qubada camaat almaları sata bilmədiyi üçün çaya tökürlər. Mən bu satışa maneələri açıqlamaq istəmirəm”.

Millət vəkili banklarda faizlərin çox yüksək olduğunu vurğulayıb: “Banklarda 20-25 faizlə kredit verilir. Artıq rayonlarda camaatın evləri, əmlakları banklar tərəfindən müsadirə olunur. Yunanıstanda böhran olduğu üçün hökumət banklara əhalinin əmlaklarını müsadirə etməsinə qadağa qoydu. Azərbaycan dövlətinin imkanları olduğu halda niyə insanlara qarşı belə addımların qarşısı alınmır?”

O, hərbi-strateji əhəmiyyətə malik Quba-Şamaxı yolunun çəkilməsinin gecikməsinin də ciddi problem olduğunu qeyd edib: “Artıq Vəlvələçay üzərindəki körpü də dağılıb. Körpü tikilmir, əvəzində çaydakı çınqıl Bakıya daşınır. Körpünün tikilməsi, çaydan çınqılların daşınması məsələsinə baxılmalıdır. Onsuz da Quba yolu çınqıl daşıyan ağır tonnajlı maşınlara görə dağılır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2022

Oxşar yazılar