Səlim Müslümov DSMF-in planlarını BVF-ə açıqladı
Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, görüşdə son illər Azərbaycanın sığorta-pensiya sistemində görülən işlər barədə ətraflı məlumat verən Fondun sədri Səlim Müslümov bildirib ki, yaxın perspektivdə başlıca vəzifə sosial sığorta ödəyicilərinin tam qeydiyyata alınması və əmək haqlarının leqallaşdırılması yolu ilə Fondun maliyyə axınlarının gücləndirilməsindən ibarətdir.
Səlim Müslümov məcburi dövlət sosial sığorta haqlarının toplanması sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edərək, bu sahədə problemləin aradan qaldırılması üçün müvafiq dövlət qurumları ilə birgə işin aparıldığını söyləyib. Növbəti illərdə nəzərdə tutulan pensiya islahatlarına toxunan DSMF sədri “Əmək pensiyaları haqqında” və “Sosial sığorta haqqında” qanunlara bir sıra əlavə və dəyişikliklərin edilməsi üçün layihələrin hazırlandığını nəzərə çatdırıb.
BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzogi Azərbaycanda beynəlxalq standartlara cavab verən sığorta-pensiya sisteminin qurulması istiqamətində Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi islahatlara təmsil etdiyi qurumun da hər zaman texniki yardım göstərməyə hazır olduğunu bildirib. O, məcburi dövlət sosial sığorta haqlarının toplanması istiqamətindəki uğurları inkişaf etdirmək üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirləri də dəstəklədiklərini bildirib.
Görüşdə BVF tərəfindən göstəriləcək texniki yardımla bağlı fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran digər məsələlərdən söhbət açılıb.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28