10 ay ərzində 60 min 668 vergi ödəyicisi qeydiyyata alınıb
Yanvar-oktyabr aylarında respublika üzrə 60 min 668 vergi ödəyicisi qeydiyyata alınıb. Lent.az-ın məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
2011-ci ilin iyul ayının 1-dən cari ilin noyabr ayının 1-dək 47 min 485 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. 1 noyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 472126 olub.
2012-ci ilin yanvar-oktyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,0 faiz təşkil edib.

787