Borc almaqdan çox borc qaytarmağa başlayacağıq
13 noyabr 2012 14:17 (UTC +04:00)

Borc almaqdan çox borc qaytarmağa başlayacağıq

Lent.az-ın verdiyi məlumata görə, Hesablama Paltasının sədri Heydər Əsədov deyib ki, gələn ildən başlayaraq borclanmanın səviyyəsi aşağı enəcək.

Heydər Əsədov bildirib ki, növbəti il ilk dəfə borclanmadan daha çox borcların qaytarılmasına vəsait yönəldiləcək. Büdcə kəsri isə azalaraq 0,5 faizə enəcək. Onun sözlərinə görə, 2013-cü ilin dövlət büdcəsi beynəlxalq risklərə, müasir çağırışlara cavab verir: “Artıq aldığımız borcdan daha çox borc qaytaracağıq. Ən əsas məsələ büdcələrarası məsələlərdir. Gələn ildən yerli gəlirlər 197 milyon manat artacaq. Artıq Şirvan və Abşeron rayonu da özünü maliyyələşdirmə prinsipinə keçəcək”.

Hesablama Palatasının sədri nəzərə çatdırıb ki, gələn ildən məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı üçün ayrılan vəsait 3,4 dəfə artırılaraq 48 milyon manata çatdırılacaq. Bu da məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatına kifayət edəcək. Onun sözlərinə görə, Neft Fondunun ehtiyatları artıq Azərbaycanın 2 illik büdcəsinin gəlirlərinə yaxınlaşır: “Bu gün dünya dövlətləri öz ehtiyatlarını qorumaqdan daha çox onu infrastruktur layihələrinə yönəltməyə üstünlük verirlər. Ehtiyatlar ən reytinqli fondlarda qorunsa belə, təhlükə var. Ona görə də bu vəsaitlər ölkənin yönəldilməlidir və Azərbaycanda bu vəsaitlər məhz bu istiqamətə yönəldilir”.

Heydər Əsədov qeyd edib ki, prezidentin və Nazirlər Kabinetinin ehtiyat fondları təbii fəlakət və digər hallarda çağırışlara cavab verəcək səviyyədədir, bu fondlarda 150 milyon manat toplanıb.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1855

Oxşar yazılar