XV Beynəlxalq Anti-Korrupsiya Konfransı keçirilib
Braziliyanın paytaxtında 7-10 noyabr tarixlərində XV Beynəlxalq Anti-Korrupsiya Konfransı keçirilib.
Konstitusiya Araşdırmalar Fondundan Lent.az-a verilən məlumata görə, tədbirə qatılan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, konfransda 140 ölkədən dövlət, QHT və beynəlxalq təşkilatlar təmsilçiləri, media nümayəndələri və ekspertlər olmaqla, 1900 nəfər iştirak edib.
Konfransın ilk günündə keçirilən plenar iclasda idmanda korrupsiya və cəmiyyət tərəfindən bunun cəzalandırılması məsələləri müzakirə edilib. Konfransın növbəti günündə “çirkli pullar” və onlara qarşı mübarizə tədbirləri haqqında müzakirələr aparılıb. Qeyd olunub ki, “çirkli pullar” hər bir dövlətin oğurlanmış gələcəyidir. İclasda vətəndaşların etimadının yenidən qazanılması yolları müzakirə edilib.
Sessiyanın açılışında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton deyib ki, korrupsiya təkcə vətəndaşların bir birinə və hökumətə inamını azaltmır, bu, həm də vətəndaşların və dövlətlərin daha parlaq gələcəyi üçün edilə biləcək investisiyaları yox edir. Konfransın növbəti günlərində korrupsiyaya qarşı mübarizə yolları, ötən il ərzində əldə edilmiş ən yaxşı təcrübələr və innovativ yanaşmalar müzakirə olunub. Sonda isə Braziliya Deklarasiyası qəbul edilib.
Əliməmməd Nuriyev XV Beynəlxalq Anti-Korrupsiya Konfransını korrupsiyaya qarşı mübarizə sahəsində yeni təcrübələrin öyrənilməsi, bu sahədəki novasiyalarla tanışlıq baxımından əhəmiyyətli sayır. Onun sözlərinə görə, konfrans korrupsiyaya qarşı mübarizə sahəsində qlobal prioritetlərin, yanaşmaların müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr və onların həlli yolları ilə bağlı müxtəlif ölkə təmsilçilərinin fikir mübadiləsi aparılması baxımından da faydalı olub.
Qeyd edək ki XV Beynəlxalq Anti-Korrupsiya Konfransına Azərbaycandan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov, “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin nümayəndəsi Kənan Qasımov, “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynova, Təhsil Nazirliyinin rəsmisi Ənvər İmanov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Vüqar Əsgərov qatılıblar.

995