Ziya Məmmədov görüləcək işlərdən danışdı
08 noyabr 2012 12:16 (UTC +04:00)

Ziya Məmmədov görüləcək işlərdən danışdı

“Su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz edilməsi işləri davam etdirilib. Hazırda dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunan 2 ədəd 54 vaqon tutumlu bərə ölkəyə gətirilir və yaxın günlərdə istismara veriləcək”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazirin sözlərinə görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işləri yekunlaşmaq üzrədir.

“Dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə davam etdirilir” - deyə, nazir əlavə edib.

Z. Məmmədov onu da bildirib ki, Buzovna-Mərdəkan–Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1433

Oxşar yazılar