Vergi pozuntuları açıqlandı
06 noyabr 2012 14:10 (UTC +04:00)

Vergi pozuntuları açıqlandı

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3233 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Başqa sözlə, 1839 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 342 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 170 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 294 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. Operativ nəzarət tədbirləri zamanı 436 vergi ödəyicisi tərəfindən 926 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 96 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 56 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 534 ədəd mal olduğu aşkarlanıb.
Aşkar olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar