Prezident Ümumdünya İnternet Korporasiyasının prezidentini qəbul edib-FOTO
04 noyabr 2012 19:26 (UTC +04:00)

Prezident Ümumdünya İnternet Korporasiyasının prezidentini qəbul edib-FOTO

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadeni qəbul edib.

APA-nın xəbərinə görə, dövlət başçısı internetin ünvan məkanını idarə edən Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehadenin VII İnternet İdarəçilik Forumunda iştirakının önəmini qeyd edib.

Prezident İlham Əliyev Forumun Bakıda təşkil olunmasını Azərbaycanın bu sahədə əldə etdiyi uğurların yaxşı göstəricisi kimi dəyərləndirib.

Dövlət başçısı Azərbaycanda azad internetin fəaliyyətinə xüsusi diqqət verildiyini vurğulayıb.

Ümumdünya İnternet Korporasiyasının prezidenti Fadi Şehade Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə edilən uğurları yüksək qiymətləndirib. O, ünvanların idarə olunması sisteminin 14-cü regional serverinin ölkəmizdə yaradılmasının əhəmiyyətini vurğulayıb. Qonaq bu serverin dünya üzrə 10-nun ABŞ-da, 3-nün Avropada, 14-cünün isə Azərbaycanda fəaliyyətə başlamasını böyük nailiyyət kimi dəyərləndirib və bunun regionda internetin keyfiyyətinin artırılması işinə xidmət edəcəyinə əminliyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 962

Oxşar yazılar