Ceyhan limanından 17 milyon 91 min 90 ton  neft ixrac edilib
04 noyabr 2012 03:41 (UTC +04:00)

Ceyhan limanından 17 milyon 91 min 90 ton neft ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin oktyabr ayında dünya bazarlarına Novorossiysk limanından 224 min 578 ton, Supsa limanından 161 min 551 ton, Çeyhan limanından 1 milyon 585 min 488 ton xam neft ixrac edib.

ARDNŞ-in mətbuat xidmətinin məlumatında bildilib ki, bu ilin ilk 10 ayında dünya bazarlarına Novorossiysk limanından bir milyon 658 min 774 ton, Supsa limanından 2 milyon 338 min 439 ton, Ceyhan limanından isə 17 milyon 91 min 90 ton xam neft ixrac edilib.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar